QHT Şurası 2017-ci il üçün 1-ci qrant müsabiqəsinin nəticələrini AÇIQLADI

07.03.2017 19:14     Sosreaksiya     1052

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsinin nəticələrini elan edib.

Reaksiya.az xəbər verir ki, Şuranın elektron bazasına 656 QHT müraciət edib. Sənədləri qaydasında olan 614 QHT qeydiyyata alınıb. Bunlardan 590 QHT Şuraya layihə təqdim edib. İlkin seleksiyadan sonra 519 QHT-nin layihəsi ekspertizaya təqdim olunub.

Onlardan 317 layihə keçid balını toplaya bilib.
Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 317 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar