Erməniləri ifşa edən Özbək tarixçisi ilə görüş
07.03.2017 21:07 Sosreaksiya 1013
Reaksiya.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində tanınmış özbək tarixçisi Şuxrat Barlasla görüş keçirilib. Şuxrat Barlas erməni millətçiləri və terror təşkilatlarının Orta Asiya və Azərbaycanda törətdikləri qanlı olaylar, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal və təcavüz siyasəti, Qarabağ müharibəsi ilə bağlı bir neçə kitabın, onlarla məqalənin müəllifidir. O, bu əsərlərinə görə öz ölkəsində ermənilərin haqsız təzyiqlərinə və təqiblərinə məruz qalıb, ermənilər hətta ona qarşı cinayət işinin açılmasına nail olublar, lakin Özbəkistan məhkəməsi onun haqqında ədalətli qərar çıxararaq, sərbəst buraxıb. Şuxrat bəy Azərbaycanla sıx bağlı olan insandır. Bu günlərdə növbəti dəfə Bakıya gəlib. QAT-ın ofisində onunla isti və səmimi söhbət olub. Təşkilatın rəhbəri Akif Nağı onun həyat, mübarizə yolu, elmi fəaliyyəti ilə bağlı məlumat verib. Sonra Şuxrat Barlas öz yaradıcılığından danışıb, Azərbaycana, Özbəkistandakı Azərbaycan diasporuna ona göstəridikləri dəstəyə görə təşəkkürlərini çatdırıb. Sonra qonaq görüş iştirakçılarının suallarını cavablandırıb. Akif Nağı qonağa QAT-ın fəxri diplomunu, Qarabağa dair kitabları, sənədli filmin diskini təqdim edib.
Şərhlər