Çin şirkəti gözəgörünməz PUA layihəsi üzərində işə başlayıb

09.03.2017 11:37     Sosreaksiya     1081

Çində gözə görünməz Pilotsuz Uçan Aparat (PUA) hazırlanması layihəsi üzərində işə başlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda “China Daily” məlumat yayıb.

Layihənin həyata keçirilməsi ilə Çinin Aero-kosmik elmlər və sənayesi şirkəti məşğuldur.

“Şirkət diqqətini az hiss edilən və yerətrafı kosmik məkanda uçan piltosuz aparatın hazırlanmasına cəmləyib”, - deyə, şirkətin baş direktorunun müavini Vey İnya bildirib.

Aparatın taktiki-texniki göstəriciləri habelə hazır olacağı müddət və layihələrin başqa detalları barədə məlumat verilməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar