Ombudsmanın səlahiyyət müddəti bitdi, amma...

09.03.2017 12:46     Sosreaksiya     1233

Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur.

Bunu Report-a açıqlamasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O qeyd edib ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanununa əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Qeyd edək ki, Elmira Süleymanova 2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Onun səlahiyyət müddəti bu ilin martın 5-də başa çatıb.

Qanunvericiliyə əsasən, Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edəcək. Parlament isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul etməlidir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar