Dünən 31 cinayətkar tutuldu - Azərbaycanda

27.07.2015 12:42     Sosreaksiya     1049

Dünən 68 cinayət faktı qeydə alınıb.

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 41-i “isti izlər”lə açılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Şərhlər

Çox oxunanlar