BTRİB: Bakıda internet rabitəsi ilə bağlı problemlərin həlli üçün əsaslı təmir işləri aparılır
10.03.2017 11:55 Sosreaksiya 1296
Bakı şəhərinin ərazisində ötən ilin əvvəlindən abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədilə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.
Reaksiya.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İB-nin (BTRİB) nümayəndəsi bildirib.
Belə ki, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib BTRİB-nin xidmət ərazisində 20 788 ədəd analoji kabel-kanal quyusu var.
BTRİB-dən bildirilib ki, sistemin uzun illər normativə uyğun düzgün istifadə edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdir: "Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir".
BTRİB-dən əlavə edilib ki, qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismarı müddəti bitmiş və zavod istehsala
Şərhlər