Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb
10.03.2017 15:28 Sosreaksiya 1480
Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb.
APA-nın qərb bürosunun məlumatına görə, saxlanılan Mərquş Bayramova Şiraslan Atakişiyevi söyüş söydüyü üçün qətlə yetirdiyini deyib.
Mərhumun qardaşı Rizvan Atakişiyev APA-ya deyib ki, qardaşı Bakıda qalırmış. Dünən Bakıdan rayona gəlib: “Heç anamgillə görüşməyib. Gecə Mərquş Bayramova anamın evinə gedərək, Şiraslanı öldürdüyünü deyib. Mən buna şübhə ilə yanaşıram, o yaşlı qadının qardaşıma gücü çatmazdı. Ümid edirik ki, bu məqam xüsusi araşdırılacaq”.
R. Atakişyevin sözlərinə görə, hadisədən sonra Mərquş Bayramovanın yaxınları onların evinə basqın edərək, pəncərələri sındırıblar.
***
10.35
Göygöldə qohumunu öldürən qadının kimliyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisəni 80 yaşlı Mərquş Bayramovanın törətdiyi bildirilir. Hazırda Murovdağ qəsəbəsində yaşayan M. Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Hadisə şəxsi münaqişə zəminində törədilib.
Araşdırmalar davam edir.
***
09.30
Göygöldə qətl hadisəsi törədilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata əsasən, Ş. Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb.
Şərhlər