"Fiat Chrysler" 1,4 milyon maşını bazardan çıxarıb - SİYAHI

27.07.2015 13:33     Sosreaksiya     3362

 
Xakerlərin Fiat Chrysler Automobiles (FCA) şirkətinin maşınlarına təhlükəsizlik boşluğu tapmasından sonra təxminən 1,4 milyon maşın bazardan çıxarılıb.
FCA təhlükəsizlik riskinə görə 1,4 milyon ədəd maşını bazardan çıxardığını bildirib. Qeyd edək ki, ötən həftə içində iki xakerin "Unconnect" adlı proqramla maşınların elektron sistemini ələ keçirdiklərini bildirmişdi. 
Xakerlərin kondisionerə və göstəricilərə nəzarət etmələrindən başqa, mühərriki saxladıqları və əyləcləri xarab etdikləri də ifadə edilmişdi. Sükanı idarə etmənin yolunu araşdıran xakerlərin avqust ayında keçiriləcək "Black Hat" Təhlükəsizlik Konfransında bu üsulları da cəmiyyətə qismən açıqlayacaqları qeyd olunub.
FCA şirkətindən yayılan açıqlamada təhlükəsizlik boşluğunun ciddiliyini fərq etdiklərini və bu günə kimi həmin boşluqla əlaqədar hər hansı bir qəzanın baş vermədiyi və ya hər hansı bir  şikayət almadıqları vurğulanıb.
Firma təhlükəsizlik baxımından bazardan yığışdırılan maşınların siyahısını təqdim edib.
 
2013-2015 MY Dodge Viper
2013-2015 Ram 1500, 2500 və 3500 pikaplar
2013-2015 Ram 3500, 4500, 5500 Chassis kablar
2014-2015 Jeep Grand Cherokee və Cherokee SUVs
2014-2015 Dodge Durango SUVs
2015 MY Chrysler 200, Chrysler 300 və Dodge Charger sedan
2015 Dodge Challenger idman kupe

 

Şərhlər

Çox oxunanlar