Əfqanıstanın keçmiş vitse-prezidenti V Bakı Qlobal Forumunda iştirak edəcək
14.03.2017 16:23 Sosreaksiya 1066
Əfqanıstanın keçmiş vitse-prezidenti (2004-2014), bu ölkənin Vəhdət Partiyasının sədri və Əfqanıstan Sülh Şurasının fəaliyyətdə olan sədri Məhəmməd Kərim Xəlili V Bakı Qlobal Forumunda iştirak edəcək.
Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu Diasporla İş Üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçiriləcək.
Şərhlər