İynə böyüklüyündə cərrah robot - VİDEO

27.07.2015 13:58     Sosreaksiya     3037

 
Amerikalı alimlər mikrocərrahiyyədə istifadə etmək üçün iynə böyüklüyündə robot yaradıblar. Bədəndəki əlverişsiz yerlərə uzanacaq robotun ucunda məngənə var.
Vanderbilt Universitetinin araşdırmaçıları robot cərrahiyyə əməliyyatları daha da asanlaşdırması gözlənilən bir robot çıxarıb. Robotu yaradan qrupun rəhbəri Robert Webster bildirib ki, robotun bədənin kiçik qisimlərində cərrahi əməliyyat aparmaq üçün idealdır.
Webster bildirib ki, robot cərrahiyyə tək marka olan Da Vinçi robotlarının qarın bölgəsində çox uğurludur, amma daha kiçik bölgələr üçün qənaətbəxş deyil.
Uzun bir taxtanın ucunda yerləşən bir məngənə kimi hazırlanan robotu 90 dərəcə bükmək mümkündür. Yaradılma prosesi  6 il davam edən robotun elastikliyini və hərəkətini sürətləndirmək tədqiqatçılar nikel titan sistem düzəldiblər və daha sonra ucuna elastik kabelə bağlı məngənə yerləşdirilib.
Robotun klinik testlərdən sonra istifadə edilmək məqsədi ilə Əczaçılıq və Dərman İdarəsində (FDA) təsdiqlənməlidir.

Şərhlər

Çox oxunanlar