B.Braqa: "Azərbaycan su çatışmazlığının aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir"

15.03.2017 13:33     Sosreaksiya     1181

"Azərbaycan su çatışmazlığı probleminin aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir".

"Report" xəbər verir ki, bunu Dünya Su Şurasının sədri Benedito Braqa jurnalistlərə açıqlamasında deyib.

Şura sədri qeyd edib ki, hazırda dünyada su çatışmazlığı məsələsini aradan qaldırmaq üçün işlər görülür: "Burada əsas önəmli bir məqam tələb və təklifin bir-birinə uyğun olmasıdır. Birinci məqam olaraq onu qeyd etmək lazımdır ki, əsas məsələ əldə olan vəsaiti düzgün istifadə etməklə infrastrukturun düzgün qurulmasıdır. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatı ilə bağlıdır. İkinci məqam isə tələblə təklif arasında balansın yaradılmasıdır. İnsanların sudan səmərəli istifadə etməsi istiqamətində maarifləndirmə işləri həyata keçirilməlidir".

"Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə malikdir. Dünya Su Şurası olaraq Azərbaycana hər zaman olduğu kimi dəstəyimizi göstərməyə hazırıq", - deyə B.Braqa qeyd edib.

Şərhlər

Çox oxunanlar