170 min manat oğurlayan şəxs tutuldu

27.07.2015 14:19     Sosreaksiya     2470

İyulun 23-də tanınmış psixoloq Qismət Qismətzadənin evindən içərisində 170000 ABŞ dolları pul və 7000 manat dəyərində qızıl əşyalar olan çanta oğurlanıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Müəyyən edilib ki, oğurluq Bakı şəhər sakini Mehdi Məmmədov tərəfindən həyata keçirilib.

Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi dünən yaxalayıblar.

Şərhlər

Çox oxunanlar