Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar - FOTOLAR

18.03.2017 13:54     Sosreaksiya     1304

 Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun 2017-ci ilə dair birgə tədbirlər planına əsasən hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Nazirliyin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.

Yerli icra strukturları, ictimaiyyətin nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin də iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar