“Biz özəl sektora göstəriş verə bilmərik” - VİDEO

27.07.2015 14:48     Sosreaksiya     1208

“Azərbaycanda iş saatı dəyişdirilə bilər”.

Reaksiya.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Abid Şərifov ANS-ə açıqlamasında deyib.

O vurğulayıb ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır: "Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyati qurumlara tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə saat 8-in yarısından səkkizəcən başlasınlar. Dövlət sektoru 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır".

Sözügedən kadrları 19-cu dəqiqədən izləyə bilərsiniz:

Şərhlər

Çox oxunanlar