Ramil Usubov yeni rəis müavini təyin etdi

28.03.2017 12:47     Sosreaksiya     991

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin rəisi polis mayoru Zaur Bayramov vəzifəsindən azad olunaraq Nizami Rayon Polis İdarəsi (RPİ) rəisinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Xatırladaq ki, Nizami RPİ-nin bundan əvvəlki rəis müavini Ədalət Əliyev Qazax RPŞ-nin rəisi təyin olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar