Dünyadan kənarda həyat araşdırılacaq

27.07.2015 15:01     Sosreaksiya     2297

 
 İngiltərənin paytaxtı Londondakı Kral Elmlər Akademiyasına bağlı "Breakthrough İnitiatives (Yenilikçi Təşəbbüslər)" tərəfindən başlanılan "Breakthrough Listen(Cığır Açan Dinləmə)" təşəbbüsü ilə dünya xaricində həyat olub olmadığı araşdırılacaq.
Yer üzünə ən yaxın bir milyon ulduzdan gələn siqnalların analiz edilməsini nəzərdə tutan və təxminən 10 il davam edəcək layihə 100 milyon dollara başa gələcək.
 Elm adamları  kainatda ağıllı həyat tərzi olub olmadığını tapmaq üçün daha əvvəl aparılan işlərdən 10 qat daha böyük bir sahəni yoxlayacaqlar.
 Layihədə ABŞ-ın Qərbi Virciniya ştatındakı Green Bank ilə Avstraliyadakı Parkes Teleskopu olmaq üzrə dünyanın ən güclü iki teleskopu istifadə ediləcək.
 Layihənin yaradıcılarından rus iş adamı və Digital Sky Technologies şirkətinin sahibi Yuri Milner: "Texnologiyada çatdığımız nöqtə, artıq bizə insan oğlunun ən mühüm sualına cavab tapmaq imkanı tanıyır, "Kainatda təkikmi?”Breakthrough Listen təşəbbüsündə sosial paylaşma saytları vasitəsilə hər kəsin köməyinə müraciət edəcəyik" dedi.
 Həyatını kainatın sirrini həll etməyə həsr edən məşhur ingilis astrofiziki professor doktor Stephen Hawking də Kosmosda həyat olub olmadığını tapmaq üçün qaldırılan təşəbbüsə dəstək verib.
 O, layihənin təqdimatı üçün təşkil olunan toplantıda: "Kim bilir, bəlkə də, kainatın bir yerlərində ağıllı bir həyat tərzi bizim işıqlarımız izləyir və nə mənaya gəldiyini bilir" şəklində danışıb.

Şərhlər

Çox oxunanlar