Quba Soyqırımı Memorial Kompleksini ziyarət olunub. - FOTOLAR

29.03.2017 14:42     Sosreaksiya     1280

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər və Cəmiyyətin icra orqanının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Ziyarətçiləri kompleks və ərazidəki kütləvi məzarlıqla tanış edən Kompleksin direktoru Səidə Abasova işğalçı ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verib. Daha sonra erməni vəhşiliklərini əyani sübut edən tarixi sənədlər və foto şəkillərlə tanışlıq imkanı yaradılıb.

Cəmiyyət sədri Şahvələd Əliyev müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğularının aşılanması üçün bu cür maarifləndirici səfərlərin vacibliyinə toxunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar