Xəzərdə QASIRĞA TƏHLÜKƏSİ: SOCAR işçilərin təxliyəsinə başladı
30.03.2017 17:07 Sosreaksiya 1277
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, şirkətdən verilen məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Şərhlər