Müharibə tumurcuqları

31.03.2017 13:10     Sosreaksiya     1343

Ümumkainat enerjisi ilə birlikdə yaranan müxtəlif var olma enerjiləri zamanla uyğunlaşanda  mövcud olurlar. Buna mövcud olmanın “münbit zamanı” yaxud  “ mövcud olma növbəsi” də deyə bilərik. Müharibələrin də var olma enerjiləri zamanla bərabərləşəndə,  “ münbit zaman” nöqtəsinə çatır və mövcud olurlar. Bəşəriyyətin ümumi təkamülü üçün təəsüf ki , müharibə enerjisi zəruridir...  Düzdür , insanlar həmişə məhdud gerçəkliklərin təsiri altında müharibəyə arzu kimi yanaşmamışdırlar. Ancaq, müharibənin gedişində və post müharibə dövründə daimi sülhün əcaibliklərini, ümumi “ölümə” aparan gücsüzlüyünü anlamışdırlar... Mənasızlaşmağın, tənəzzülün verdiyi ölüm qoxsundan diksinib, barıt qoxsuna məst olmuşdurlar...

  Müharibələr olmasaydı, bəşəriyyət indiki inkişaf səviyyəsinə çata bilməz, bəlkə də mövcud olmazdı. Müharibələr bəşəriyyətin svilizasiyasının sanitarlarıdırlar. Digər canlılarda növün saxlanılması üçün bəzi fərdlərin qurban getməsi necə təbiidirsə, bəşəriyyətin davamlı inkişafı və tam məhv olmamsı üçün müharibələr zəruridir. Bu zərurəti təkcə Maltosun dediyi kimi, maddi nemətlərin ədədi artımı ilə, insanların həndəsi artımı arasındakı qeyri mütanasiblik doğurmur... Canlı və cansız aləmdəki bütün proseslər bir yox, kompleks amillərin təsirindən formalışır. Və bu amillər özləridə sabit yox, dəyişkəndirlər. Kainatda makro və mikro aləm açıq sistemdir. Odur ki, müharibələri zəruri edən səbəblər də kompleks və dinamikdir. Onları tam göstərmək qeyri mümkündür..Əsas səbəblərdən biri də odur ki, sülh bərabərlik , müharibə qeyri bərabərlikdir. Bərabərlik ölümün, qeyri bərabərlik həyatın mənasıdır. Bərabər səthdə su belə axmır.. Ölümdən sonra hüceyrə daxili və hüceyrə xarici mühit arasındakı fərqlər sürətlə bərabərləşməyə başlayır..

Kainatda hər nə- zərrələr, cisimlər, hadisələr mövcuddursa , onların əvvəlcədən var olma enerjiləri olmuşdur. Təkamül zərurliyi prinsipinə əsasən, növbəsi çatanda mövcudluğa çevrilmişdirlər. O şey ki yoxdur, mövcud deyil, demək onun var olma enerjisi , potensialı yoxdur..Yada ki, hələ mövcudluq zamanına çatmamışdır.. Ancaq elə şeylərdə vardır ki, onlar ancaq təxəyyül edilə bilərlər.. Heç vaxt mövcud ola bilməzələr. Məs: Ağacın kökləri göydə, budaqları yerdə, açıq səmada şimşək və s.Bunlar kainatın mövcudluq qanunlarına ziddirlər.. Bəzi xalqların dövlət yaratmaq istəkləri də ancaq  xəyalən gerçəkləşə bilər. Çün ki , əvvəldən bu dövlətin var olma enerjisi , potensilı yoxdur.. Odur ki, heç zaman mövcudluğa çevrilmir, növbəsi çatmır.. Belə xalqlar şüuraltı olaraq, öz dövlətlərinin “ mövcudluq növbəsi” ni  hərisliklə,, aqressiv vəziyyətdə gözləyir, axtarırlar. Ancaq olmayan və ola bilməyəcək bir şeyi anormal sürətdə arzulayırlar. Unudurlar ki, məhçul bir nöqtədən bəlli bir nöqtəyə gəlmək mümükün deyil. Bu istək müharibə potensialı yaradır.

 Təbii vətənləri , milli kimlikləri məhçul olan ermənilərin heç vaxt müstəqil dövlətləri olmayıb, indi də yoxdur. Çünki, Ermənistan adlı dövlətin var olma enerjisi, potensialı əvvəldən yoxdur. Odur ki, Qafqaza gələndən müharibə potensialıdırlar. Əslində mharibə dövlətlər arsında olur. Ermənistanın dövlətçilik mahiyyəti sıfırlar yığınından ibarət olduğunundan, onların ordusu güclə bir yerə yığılmış, biyar əsgərlərdən ibarətdir. Və bizimlə “Biyar müharibə” aparırlar. Uduzmağa məhkumdurlar.!

Ermənilər nə istəyirlər? Özlərində olmayan , hər şey.. Torpaq, mədəniyyət, dövlət.. Sonuncu istəkləri isə işğal etdikləri Azərbəycan torpaqlarının hüquqi sahibi olmaq idi. Var olma enerjiləri olmayanları mövcudluğa çevirmək istəyi, potensial biyar müharibə tumurcuqları yaradırdı...

Azərbaycan xalqı nə istəyirdi? Bahar..!! Xocalıda buzlaşmış qisas tumurcuqlarının açılmasını.. Tumurcuqlar, gələcək bir aləmin sıxlaşmış məkan və zaman formasıdır.

Bahar gəldi... Tumurcuqlar açıldı. Azərbaycan xalqı zəfər çiçəklərinin ətrindən məst oldu... Rəşadətli azərbaycan əsgəri dünyanın ən ecazkar, qürurlu bayrağını zirvələrə taxıb, qələbəyə susamış qəlbini sirab eylədi.. Sülh dövrünün çirkinlikərindən-məğlub hisslərdən qurtuldu. Vətəndaş, ordu, dövlət vəhdətini daha mükəmməl səviyyəyə qaldırdı. Qazilərimiz fəxarət badəsini içdilər... Şəhidlərimiz üçrəngli bayarağa çevrilib, çiyinlərimizdən başımız üzərinə, vətən səmalarına yüksəldilər..

 Bahar gəldi.. Tumurcuqlar açıldı.. Qurdlu meyvələr əmələ gəldi... Zatən ,çiçəkləri də üfunətli, ölüm qoxuyan idi...  Hakimiyyət və mülkiyyət üçün xalqını satanlar, xaricdəki kapitalbaz erməni lobbiləri və beynəlxalq çox üzlü güclərdən ibarət şər üçbucağının  ermənilərə vəd etdiyi illuziyalar yox oldu..Biyar əsgərlərin meyitləri səngərdə sahibsiz qaldı. Qaçanların isə, gözləri hədəqəsindən çıxıb , bərələ qaldı..Onlar Azərbaycan əsgəri görmüşdürlər.. Çörək tapmayan, gələcəklərini dumanlı görən erməni anaları “böyük ermənistan” konyakından içib keflənmiş hərbi cinəyatkar rəhbərliyə hücum çəkdilər. Ac vətəndaş, biyar ordu və efemer bitkiyə bənzər dövlətcik arasındakı uçurumlar dərinləşdi..

Nə olacaqdısa, o da oldu.. Hara getməliyidiksə, ora getdik ..çünki, Zəfər tumurcuqlarının açılma zamanı, qələbənin mövcudluq növbəsi gəlib çatmışdır... Bu bahar vxtında gəldi.. Şükür ALLAHA ki, gəldi.

Sadiq Qarayev

Reaksiya.az

Şərhlər

Çox oxunanlar