"Qarabağ əsirlər və girovlar. Közərən xaç" filmi təqdim olunub

31.03.2017 13:17     Sosreaksiya     1158

Bu gün Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib ki, 31 mart - azərbaycanlıların soyqırımı böyük Ermənistan yaratmaq xülyasına düşən erməni vandalları tərəfindən törədilib, on minlərlə azərbaycanlı yalnız azərbaycanlı olduğuna görə qətlə yetirilib.

MŞ sədri qeyd edib ki, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. Tədricən köçürülən ermənilər böyük Ermənistan yaratmaq xülyasına düşüblər: “Bu səbəbdən də ermənilər Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər. 1905-1907-ci illərdə çoxsaylı Azərbaycan qəsəbələri, kəndləri talan olunub, on minlərlə azərbaycanlı qətlə yetirilib. 1918-ci ildə bu cür soyqırımlar daha da intensivləşib. Bakıda, Abşeronda və digər ərazilərdə on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib”.

Ə.Amaşov bildirib ki, bu soyqırımlar XX əsrin sonlarında da davam edib: “Xocalı soyqırımı azərbaycanlıların xüsusi amansızlıqla qətlə yetirilməsinin əyani sübutudur. Bugünkü film məhz bu hadisələrlə bağlıdır”.

Filmin məsləhətçisi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə Mübariz Əsgərovdur.

Filimdə danışan Ə.Həsənov bildirib ki, keçən əsrin əvvəllərində, 1905-1907-ci illərdə, 1915-1918-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı qanlı, vəhşi qətllər törədiblər.

Ə.Həsənov qeyd edib ki, məqam düşən kimi ermənilər öz vəhşiliklərindən istifadə ediblər:

“İnsanı əzalarından məhrum etmək, onlara qarşı qorxuducu və vəhşət gətirici hadisələr törətmək ermənilərin xislətidir. Çox təəssüf edirəm ki, xristian dünyasında hələ də erməni xalqını yaxşı tanımırlar. Azərbaycan xalqının tolerant ruhunun, xarakterinin göstəricilərindən biri də ondan ibarətdir ki, 200 ildən artıq bir müddətdə ermənilərin Azərbaycan xalqının başına olmazın müsibətlər gətirməsinə, vəhşiliklər törətməsinə baxmayaraq, biz həmişə ermənilərə hörmətlə yanaşmışıq. Bunun nəticəsidir ki, Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar