FHN-dən açıqlama: "Hyatt Regency" hotelində yanğın olmayıb

27.07.2015 16:34     Sosreaksiya     1132

"Hyatt Regency" hotelində yanğın baş verməsi barədə bəzi saytlarda yayılmış məlumat həqiqəti əks etdirmir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı FHN-in mətbuat xidməti yayıb.

“Adı çəkilən hoteldə hər hansı yanğın hadisəsi baş verməyib. Sadəcə olaraq bu gün günorta saatlarında Parlament prospektində yerləşən "Naxçıvan" restoranının mətbəx hissəsində tüstülənmə baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb", - deyə mətbuat xidmətində qeyd ediblər.

Şərhlər