Ümumdünya gülüş günü
01.04.2017 13:01 Sosreaksiya 1282
Aprelin 1-i Ümumdünya gülüş günüdür
. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü" adlandırırlar.
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Başqa bir versiyaya görə, qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə — məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirmiş. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərmişlər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərmişlər. "Səfehlər Günü"ndə maska geyinmək qayda imiş. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün olurmuş.
Reaksiya.az
Şərhlər