“Android” sistemi üçün yeni fırıldaqçı proqram təminatı antiviruslardan yayına bilir
01.04.2017 16:40 Sosreaksiya 1479
“Zscaler” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş “Android” mobil əməliyyat sistemi üçün fırıldaqçı proqram təminatının yeni versiyası mobil antiviruslardan yayına bilir. Hazırda zərərli proqram təminatı rusdilli istifadəçilərə hədəflənib və ekspertlərin sözlərinə görə, deşifrləmə funksionalından məhrumdur, yəni fırıldaqçının qurbanları, hətta ödəniş etdiyi halda öz mobil qurğularını blokdan çıxara və məlumatları bərpa edə bilməzlər.
Fırıldaqçı proqram təminatı kənar tətbiq mağazaları tərəfindən yayılır. Zərərli proqramın operatorları geniş yayılmış metoddan istifadə edirlər: zərərli proqram “Google Play Store” tətbiqlər mağazasında populyar proqramların adı altında maskalanır.
Sistemə quraşdırıldıqdan sonra 4 saat gözləyən zərərli proqram təminatı bundan sonra inzibatçı hüquqlarını tələb eləyən mesajlar göstərməyə başlayır. Zərərli proqram təminatı inzibatçı hüquqlarını əldə etməyənədək bu mesajlar göstərilir. Bundan sonra qurğunun ekranı bloka düşür və istifadəçinin məlumatlarının şifrlənməsi və onların bərpası üçün 9 dollar məbləğində ödəniş edilməsi haqda mesaj göstərilir.
Şərhlər