Azərbaycandan İrana külli miqdarda dollar keçirilməsinin qarşısı alındı
03.04.2017 12:37 Sosreaksiya 1343
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.
Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Yoxalama zamanı çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17.200 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər