Arzu Rəhimov Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək

03.04.2017 15:46     Sosreaksiya     1362

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 19.04.2017-ci il tarixdə saat 10:00-da Xidmətin Ağcabədi rayon şöbəsində Beyləqan, İmişli, Füzuli, Ağcabədi və Ağdam rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 17.04.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar