Hava şəraiti ilə bağlı son xəbər

03.04.2017 16:01     Sosreaksiya     1376

Havanın temperaturunun gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə: Aprelin 4-5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 6-da gündüz atmosfer təzyiqinin bir qədər enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar