“Samsung”un nə vaxt qatlanan smartfon buraxacağı açıqlandı

05.04.2017 12:09     Sosreaksiya     1619

“Samsung Display” şirkətinin baş mühəndisi qatlanan smartfonun nə vaxt buraxılacağı məsələsinə aydınlıq gətirib.

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, mütəxəssis yaxın vaxtlarda bunu gözləməyin əbəs olduğunu bildirib. O deyib ki, inqilabi cihaz 2019-cu ildən tez buraxılmayacaq.

Baş mühəndis hazırda çərçivəsiz smartfonlar modelinə üstünlük verdiklərini və bunların bazarda yaxşı satıldığını söyləyib. Bu səbəblə şirkət bükülən smartfon planını təxirə salır.

Xatırladaq ki, daha öncə bu cür smartfonların 2017-ci ildə buraxılacağı barədə xəbərlər yayılmışdı. Planlar təxirə salınsa da, yeni tip cihazları çox gözləmək lazım gəlməyəcək. “Samsung” artıq dəfələrlə qatlanan panelləri nümayiş etdirib. Cənubi Koreya şirkətinin əsas rəqibi “Apple” korporasiyası da bükülən smartfon modelini patentləşdirib.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar