Çingiz Abdullayev ilə Xeyriyyə Gecəsi keçiriləcək

05.04.2017 14:08     Sosreaksiya     1487


26 Aprel, saat 18:30-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiya zalında Azərbaycanın görkəmli detektiv yazıçısı olan Çingiz Abdullayev ilə Xeyriyyə Görüşü baş tutacaqdır. Abdullayev öz uğurunun sirrləri, üzləşdiyi çətinlikləri və onu bu qədər sevilən yazıçı edən düzgün addımları haqqında danışacaq. Əsasən diskussiya zamanı səslənən fikirlər sizə yeni ideyalar və uğura gedən yolun sirrlərini öyrənməyə yardımçı olacaq. 

Forum zamanı hər bir iştirakçı mikrofon vasitəsi ilə yazıçıya öz suallarını və fikirlərini söyləyə biləcək. Aktiv iştirakçilara yazıçı tərəfindən avtoqrafla kitab hədiyyə olunacaq. Tədbir çərçivəsində konsert və həmçinin yazıçı haqda film nümayiş olunacaqdır. 

Tədbirin fəxri qonaqları - Universitet Rektorları, Elmi İşçilər və Dövlət Müəssisələrinin rəhbərləri olacaqdır. 

Biletin qiyməti cəmi 4 AZN-dir. Bilet satışından əldə edilən gəlir Xeyriyyə məqsədlidir. 

Biletlər yalnız vebsayt vasitəsi ilə əldə edilə bilər: http://kassir.az/az/event/ev-738 

Əlaqə tel: 012-493-80-00; 070-214-00-01

Reaksiya.az

Şərhlər

Çox oxunanlar