Erməni gürovluğunda olan qadınlarımız dünyada tanıdılacaq
05.04.2017 21:28 Sosreaksiya 1596
Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi ilə qalib olan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi layihənin icrasına start verib. Təşkilatın sədri Radə Abbasın verdiyi məlumata görə bundan öncə də Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində fəaliyyət göstərən ictimai birliyin bu layihəsinin də əsas məqsədi ermənilərin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi fəlakətləri bir daha dünyanın diqqətinə çatdırmaqdır: “Layihənin həyata keçirilmsində məqsədimiz, 1988-ci ildən bəri Azərbaycan ərazilərinə Ermənistan və Rusiyanın 366-cı alayının eləcədə digər qoşun növlərinin hücumları zamanı öldürülmüş, əsasəndə girov götürülmüş Azərbaycan vətəndaşlarının tapılması onların məruz qaldıqları işgəncə və təcavüzlərin dünya ictimaiyyətinə tanıdılması yolu ilə erməni faşizminin sübut edilməsidir. Qarabağın işğalda saxlanımasına qarşı dünya ictimaiyyətində qisməndə olsa, etiraz hissini yaratmaqdır.” – deyən layihə rəhbəri Radə Abbas onu da qeyd etdi ki, layihənin icrası əsasında girovluqda olan insanlarımızın azad edilməsi üçün beynəlxalq təşkilatlarla iş aparılacaq, ictimaiyyət adından müraciətlər ediləcəkdir. Həmçinin, onu Radə Abbas: “Girovluqda olan və girovluqdan azad edilmiş vətəndaşlarımızla bağlı təbliğat xarakterli müxtəlif məlumat materiallarının alınması, çoxaldılması, xaricdə yaşayan, təhsil alan gənclər və tələbələrin vasitəsi ilə təbliğat materiallarının yayılması, müxtəlif unversitetlərdə görüşlərin keçirilməsi də layihə çərçivəsində görəcək işlərimizdəndir.” – deyə vurğulamışdır.
Şərhlər