Son qəbul imtahanında 6 nəfər 700 bal topladı

27.07.2015 17:50     Sosreaksiya     970

Azərbaycanda iyulun 25-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 6 nəfər 700 bal toplayıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yayıb.

Abdulrəhimov Kamran Hüseyn oğlu, Novruzova Lalə Zəfər qızı, Əfəndiyeva Xəyalə Rəvan qızı III qrup, Əhmədov İbrahim Əhməd oğlu, Qasımov Elçin Ziyad oğlu və İsgəndərov Əli Rauf oğlu II qrup üzrə imtahan veriblər və maksimum 700 bal toplayıblar.

Şərhlər