Azərbaycana külli miqdarda siqaretin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
11.04.2017 12:24 Sosreaksiya 1262
Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markasıyla markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Reaksiya.az DGK-ya istinadən xəbər verir ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında Daşkənd-Bakı aviareysilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb. Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 3800 ədəd "Kent Micro HD Taste System", "Kent HD Taste System" və "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər