Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib
11.04.2017 13:35 Sosreaksiya 1201
Bu gün Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində onun Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Səfər aprelin 14-dək davam edəcək.
Şərhlər