Ermənilər informasiya məkanında da təxribat etdi

12.04.2017 12:15     Sosreaksiya     1398

Reaksiya.az xəbər verir ki, ermənilər informasiya savaşı sahəsində fəaliyyət göstərən “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin mətbu orqanı olan “Karabakh Today” Beynəlxalq Analitik İnformasiya Portalının fəaliyyətindən rahatsız olaraq, “Youtube” sosial şəbəkəsində portalın paylaşımlarının əksi olaraq, “Karabakh Today” adı ilə öz xeyirlərinə, ordularını təbliğ edən video çarxlar hazırlayıb, paylaşaraq, sosial şəbəkədə Karabakh Today-in paylaşımlarını izləyən istifdəçiləri çaşdırmağa çalışırlar.

“Ermənilər hər zaman bizim informasiya müharibəsi istiqamətində fəaliyyətimizdən rahatsız olub, öz mətbu orqanlarında yalan-böhtan xarakterli yazılar yazıblar. Bu gün də “Karabakh Today”in fəaliyyəti onları rahatsız edir. Bu üzdən də eyni adla paylaşımlar edərək, diqqəti öz üzərlərinə çəkməyə çalışırlar. Amma bu nəticəsiz qalacaq. Çünki rəsmi kanal adı bizdədir. Bu informasiya müharibəsdir. Onların qarşımıza çıxaracaq tutarlı əsasları olmadığı üçün plagiatlıqdan istifadə edərək, öz “doğrularını” yaymağa çalışırlar”- deyən, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin sədri onu da xüsusi olaraq, vurğuladı ki, ermənilər cəbhədə təxribat törətdikləri kimi informasiya məkanında da təxribatlarına davam edirlər: “Bu gün təşkilatımızın müasir texnologiyalarla fəaliyyət göstərməsində çətinlik olsa da, biz əlimizdən gələni edərək, düşmənin informasiya savaşına hesablanmış təxribatının qarşısını alırıq” – deyə, təşkilat sədri qeyd edib.

 

BİRA Mətbuatla Əlaqələr Departamenti

Tel: 012 563 16 90

E-mail: [email protected]

Şərhlər

Çox oxunanlar