“İrəvan2018” heyəti arxivlərdə araşdırma aparır

12.04.2017 21:31     Sosreaksiya     1514

Portal əsasən arxiv materiallarından ibarət olacaq

Reaksiya.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində qalib gələn “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin “İrəvan – 2018 portalının yaradılması” layihəsində iştirak edən heyətin bir hissəsi ilə toplantı keçirilib. Toplantıda çıxış edən BİRA sədri, layihə rəhbəri Zaur Qəriboğlu portalın ilkin mərhələdə üç dildə - Azərbaycan, ingilis, rus – ensklopedik internet resursu kimi yığılıb, istifadəyə veriləcəyini qeyd edərək, xüsusi olaraq vurğulayıb ki, İrəvan, ümumilikdə Qərbi Azərbaycan məsələsi o qədər mühüm məsələdir ki, bu portalın hazırlanmasını 3 aylıq layihə müddətinə sığdırmaq olmaz. “Biz layihə müddətində ilkin olaraq, saytın görüntüsünü, ilkin məlumatlarla təmin etməklə, cəmiyyətə təqdim edəcəyik. Amma portal davamlı olaraq, işləyəcək. Bunun üçün təşkilatımızın əməkdaşları Azərbaycan, Türkiyə, Gürcüstan arxivlərində çalışırlar. Bilirsiniz ki, arxiv materiallarının tapılması, əldə olunması və incələnərək, portala yerləşdirilərək, cəmiyyətə təqdim edilməsi üç aylıq layihə müddətində mümkün deyil. Bu üzdən də təşkilatımız layihəni Şuraya təqdim etdiyi formada üç ay müddətində hazırlayıb, tam şəkildə ictimaiyyətə təqdim etsə də, portalın davamlılığı təşkilatımız tərəfindən təmin olunacaq, hər gün yeni bir sənəd, fakt portalda yerləşdiriləcəkdir” – deyə layihə rəhbəri qeyd edib.

Toplantıda iştirak edən, layihənin ekspertləri “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB-nin sədri Radə Abbas, “Miqrasiya Proseslərinin Tədqiqi” İB-nin sədri Fəridə Hicran, araşdırmaçı-tarixçi alim Ramazan Hüseynov portalın əldə olan materialları ilə tanış olub, öz fikirlərini bildiriblər.

Şərhlər

Çox oxunanlar