İranın Şərqi Azərbaycan əyalətlərini sel basdı

15.04.2017 12:20     Sosreaksiya     1243

Xəbər verdiyimiz kimi ötən gün İranın Şərqi Azərbaycan əyalətində güclü yağış nəticəsində sel baş verib. Təbii fəlakət əsasən Əcəbşir şəhərində ciddi fəsadlara yol açıb.

Rəsmi məlumata görə bir qadın və iki kişi olmaqla 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda 12 nəfərin öldüyü, 40 nəfərin itkin düşdüyü bildirilir. Azərşəhrdə isə 7 avtomobil sel-daşqın sularının altında qalıb, hazırda itkin düşən avtomobilllərin sərnişinləri axtarılır. Təbii fəlakət Marağa, Binab, Sarab Təbriz şəhərlərində də baş verib, lakin ən çox Əcəbşir və Azərşəhr şəhərlərinə ziyan dəyib.

GunazTV-nin məlumatına əsasən Azərşəhr İcra Hakimiyəti başçısı Allahyari baş verən təbii fəlakətdən danışarkən qeyd edib ki, Azərşəhr, Qoqan, Mamaqan, Teymurlu və ətraf kəndlər daşqın sularının mühasirəsindədir:

"Sel Azərşəhrin Qələzar məntəqəsində bir neçə avtomobili aparıb. Ölənlər barəsində hələlik dəqiq məlumat yoxdur. Xilasedici qruplar isə təbii fəlakət bölgəsinin bütün yerlərinə göndərilib”.

Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi polkovnik Cavad Namvəran isə Azərşəhr-Əcəbşir yolunda yerləşən “Qazi cahan” körpüsünün hələlik bağlandığını elan edib və bildirib ki, bölgədə təhlükə ehtimalı var, daşqın təkrar baş bilər. Ona görə də “Qazi cahan” körpüsü növbəti xəbərdarlığa qədər bağlı qalacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar