Türkiyə-İran təbii qaz boru xətti partladılıb

28.07.2015 11:07     Sosreaksiya     2329

Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız Türkiyə-İran təbii qaz boru xəttinin Ağrı sərhədləri daxilindəki içərisindəki bir nöqtəsinə təxribat təşkil edildiyini, boru xəttinin partladıldığını açıqlayıb.
Nazir Taner Yıldız verdyi yazılı açıqlamada bildirib ki, dünən axşam Türkiyə-İran qaz boru xəttinin; Türkiyə-İran sərhədinin 15 km-liyində Ağrı vilayətinin sərhədləri daxilində təxribat təşkil edilərək boru xətti partladılıb: "Partlayış nəticəsində çıxan yanğın qısa bir müddət sonra söndürülüb. Boru xətti təmir edildikdən sonra İrandan təbii qaz axışı təkrar başlayacaq".
Təbii qaz tələbini qarşılama nöqtəsində bütün tədbirlərin alındığını vurğulayan Yıldız bu mövzuda vətəndaşların və sənayeçilərin səbrli olmalarını istəyib.
Daha əvvəl də Cizre-Silopi elektrik xəttində təxribatın həyata keçirildiyini xatırladan nazir Yıldız bildirib ki, bu əməlləri törədənlər heç nəyə nail ola bilməyəcəklər.

Şərhlər

Çox oxunanlar