“Şəhidlərimizi və düşmənlərimizi tanıyaq, tanıtdıraq” layihəsinə start verilib
18.04.2017 23:07 Sosreaksiya 1273
Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “Şəhidlərimizi və düşmənlərimizi tanıyaq, tanıtdıraq” layihəsi ilə qalib gələn “Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar” ictimai birliyi layihənin icrasına başlayıb. VUŞAMQİB-in sədri Zərifə Əsərovanın verdiyi məlumata görə layihə əsasən şəhidlərin tanıdılması və Ermənistanın faşizim ideyasının daşıyıcısı olmasının Azərbaycan gəncliyinə anlatmaq yolu ilə gəncliyin Ermənistan Azərbaycan informasiya müharibəsində dövlətimizə dəstəyinin təmin edilməsidən, düşmənin faşist mahiyyətinin açıqlanması, faşizmə qarşı mübarizədə gənclərimizin iştirakının təmin edilməsinə çalışmaq, gələcək nəslin vətənpərvərlik ruhunda böyüdülməsinə çalışmaqdan bəhs edir. “Layihənin icrası zamanı Qaradağ rayonundan Azərbaycan ərazilərinin düşəməndən qorunması üçün müharibəyə yollanmış və şəhid olmuş Vilayət Əsgərovun adının əbədiləşdrlməsi məqsədi ilə şəhidin adını daşıyan küçədə onun baralyefinin qoyulması və onun adını daşıyan bulağın açılması nəzərdə tutlur” – deyə layihə rəhbəri qeyd edib.
Şərhlər