Azərbaycanda eşşək südü və pendiri satılır? - Açıqlama

21.04.2017 14:11     Sosreaksiya     1123

Qonşu Türkiyədə müalicəvi əhəmiyyəti barədə ağız dolusu danışılan, televiziya kanallarında, mətbuatda reklam edilən eşşək südü, eşşək pendiri artıq Azərbaycana gətirilir. Müalicəvi eşşək südünün qiyməti 500 manat, eşşək pendirinin isə 58 manatdır.

Müzakirələrə səbəb olan eşşək südününü müalicəvi əhəmiyyəti nədir və Azərbaycanda bu məhsul satılır?

Həkim-professor Adil Qeybulla AzVision.az-a bildirib ki, tarixən eşşək südü xroniki bornxitlərdə, tənəffüs yollarının infeksiyalarında, vərəmli xəstələrin müalicəsində istifadə olunub. 

Həkimin sözlərinə görə, eşşək südü qədim türk təbabətinin bir elementidir. “Satılan eşşək südü əgər həqiqən təmiz məhsuldursa, onun insana xeyri var. Lakin hal-hazırda bu məhsulların açıq şəkildə istifadə olunması məqsəd uyğun sayılmır. Məsələn, ilan zəhəri, müxtəlif sürünənlər və həşaratlardan alınan zəhərlərdən toksiki maddələri ilə dərman preparatları hazırlanır və onlar açıq şəkildə orqanizmə tətbiq olunmur. O cümlədən, eşşək südü həmin qəbildəndir. İnsanların qəbul etdiyi süd məhsulları əslindən tarixən uyğunlaşdırılmış süd məhsullarıdır ki, onların dad xüsusiyyətlərinə insanlar alışıblar. 

Südün tərkibində müxtəlif heyvanmənşəli infeksiyaların olması riski var və həmin südün və ya pendirin nə dərəcədə pasterizə olunması mühümdür. O baxımdan açıq şəkildə onların istifadə olunması qida mədəniyyətinə yaddır. Düşünürəm ki, bununla bağlı yüksək səviyyədə qərar olmalıdır və xalq təbabətində istifadə olunan bu cür maddələrin hansısa bir formata gətirilməsi mühümdür”. 
A.Qeybulla qeyd edib ki, eşşək südünün müalicəvi əhəmiyyətinə görə bu cür şəkildə reklam olunması təsadüfi deyil. “İşbazlar bundan istifadə edir və həmin məhsulun reallığı şübhə doğurur. Məhsulları təhlükəsiz kimyəvi hala gətirib satışını təşkil etmək lazımdır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda nə eşşək südü, nə də eşşək pendiri satılır. 

“Türklər bu məhsullu Azərbaycana gətirmək üçün insanların şüuruna təsir edib, təbliğat aparırlar. Tədricən həmin məhsulu ölkəmizə gətirəcəklər. Eşşək südünü eşşək xilqətli adamlar sevər və istəyər. Azərbaycan üçün bu ənənəvi qida deyil. Bu regionda yaşayan insanlarda eşşək südünü həll edən hormonlar yoxdur. Xaricdən eşşək südünü və ya pendirini yavaş-yavaş transfer edirlər ki, yeyilsin. Dövlət orqanları və dini lider bu məsələyə diqqət yetirməlidir”.

Birlik sədri ümid edir ki, Qida Təhlükəsizlik Agentliyi fəaliyyətə başlayandan sonra bu kimi hallarla mübarizə aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda 5 minə yaxın eşşəyin yox çıxması geniş müzakirələrə səbəb olmuşdu.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar