QHT sədri girov qadınlarımızla bağlı Almaniyaya getdi

22.04.2017 00:46     Sosreaksiya     1507

Reaksiya.az xəbər verir ki, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB-nin sədri Radə Abbas Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017 - ci il üçün elan etdiyi I qrant müsabiqəsində qalib gələn “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi çərçivəsində bu gün Almaniyaya yola düşüb. MVQSYİB-nin mətbuat xidmətindən verilən məlumata görə təşkilat sədri layihə çərçivəsində Almaniyada bir neçə tədbirdə iştirak edəcək, ermənilərin Azərbaycan torpaqlarına qarşı silahlı təcavüz edərək, soyqırım aktları törədib, insanlarımızı əsir və girov götürərək, olmazın işgəncələrinə məruz qoyduğunu bir daha dünyanın diqqətinə çatdırmağa çalışacaq. 

MVQSYİB-nin Almaniyadakı tədbirləri barədə geniş məlumat verəcəyik.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar