Daha bir küçəsi təmirə bağlanıb
22.04.2017 14:34 Sosreaksiya 1247
Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır.
Reaksiya. az xəbər verir ki, "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. Sözügedən küçənin uzunluğu 700 metr, ortalama eni 12 metrdir.
Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə ikiqat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Piyada səkilərinin kənarlarına isə 1500 p/m yeni səki daşının düzülməsi işləri aparılıb.
Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb, 6 ədəd yağış barmaqlıqları qoyulub. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 12 ədəd baxış qapağı yenilənib.
"Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəilişi işləri aparılacaq.
Xatıqladaq ki, küçə boyu aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib. Təbii ki, kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyününü qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.
www.reaksiya.az/" style="margin: 0px; padding: 0px; border: 0px; vertical-align: baseline; text-decoration: none; color: rgb(20, 35, 58);" target="_blank">Reaksiya.az
Şərhlər