Almaniyada Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyi tədbir keçirdib - FOTOLAR
24.04.2017 17:15 Sosreaksiya 2033

Almaniyanda “ Atatürkçü Düşüncə Mərkəzi” ilə “Azərbaycan və Almaniya Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsinin ilk tədbiri keçirilib.
Reaksiya.az-a daxil olan məlumata görə, tədbirdə sözdə erməni soyqırımı , tarix boyu ermənilər tərəfindən xalqımızın başına gətirilən soyqırım və fəlakətlər, girov götürülmüş insanlarımızın hüquqlarının müdafiəsi mövzusunda müzakirələr aparılıb.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz haqqında, erməni terroru və Qarabağda əsir götürülmüş insanlarımızla bağli nəşr materiallarından ibarət sərgi də təşkil olunub. Sərgidə nümayiş olunan materiallar təbliğat üçün tədbir iştirakçılarına paylanılıb.
Tədbirdə “Atatürkçü Düşüncə Mərkəzi”nin rəhbəri Məmmədəli Ölməz çıxış edərək, Azərbaycandan gələn “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbası salamlayaraq, ictimai birliyin Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işləri alqışlayıb. Daha sonra Rana Tağıyeva, “ Atatürkçü Düşüncə Mərkəz”nin rəhbəri Məmmədəli Ölməz , Biliffet Universitetinin müəlliməsi Səda xanim , tarixçi Faiq İsmayilov Rusiyanin daim Ermənistana verdiyi maddi və mənəvi, silahlı dəstəyi ilə bağlı öz fikirlərini qeyd ediblər.
Tədbirin sonunda konfrans iştirakçıları oktayabr ayında daha bir tədbirin təşkilinə qərar veriblər .
Şəbnəm Mehdixan
Şərhlər