Avtobusla sərnişindaşıma xidmətlərinə dair yeni tələb müəyyənləşib

27.04.2017 10:17     Sosreaksiya     1653

Reaksiya.az xəbər verir ki, Azərbaycanda nəqliyyat ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsinə dair yeni tələb müəyyən edilib.

 

APA -nın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”də dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, bundan sonra daşıyıcının vəzifələri sırasına ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək daxil edilib.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar