"Ermənilər ona görə mənə hücum etdilər ki, səhifəm saxta deyil" – Eldar
27.04.2017 14:07 Sosreaksiya 1129
Ermənilər ona görə başqa müğənnilərin, dəqiq desək, dırnaqarası müğənnilərin İnstaqram səhifəsinə yox, mənim səhifəmə hücüm edib ki, izləyicilərim digərlərindən fərqli olaraq, saxta deyil.
Bu sözləri “Avroviziya” yarışmasında 2011-ci ildə qalib olan müğənni Eldar Qasımov ermənilər tərəfindən İnstaqram səhifəsinə olan hücüm haqda Kult.az-a danışarkən deyib. O, heç bir izləyicisinin saxta olmadığını bildirib:
“Məni bütün Avropadan izləyirlər. Buna görə də ermənilərə mənim səhifəmi ələ keçirmək maraqlı idi”.
Qeyd edək ki, bir müddət əvvəl Eldar Qasımovun rəsmi İnstaqram səhifəsi erməni xakerlər tərəfindən ələ keçirilmişdi.
Şərhlər