Salyanda YPX maşınının iştirakı ilə baş verən qəzada xəsarət alan 5 nəfərin adı məlum olub

27.04.2017 14:53     Sosreaksiya     1440

Salyan rayonunda Yol Patrul Xidmətinin (YPX) maşını qəza törədib. Hadisə Ələt-Astara magistralının rayon ərazisndən keçən hissəsində baş verib.

Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı  "Mercedes" markalı avtomobillə toqquşub. 

Qəzada xəsarət  alanların adı məlum olub.

"Report"un Aran bürosunun məlumatıan görə, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar: 
Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur. 

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 3-ü Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib. 

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil. 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar