NATO Ceyrançöldə partlamamış hərbi sursatın təmizlənməsinə 100 min avro ayırıb

28.04.2017 12:53     Sosreaksiya     1248

Azərbaycanın Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Macarıstan hökumətinin qərarına əsasən Sülh Naminə Tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən Etimad Fondu layihəsinə 100 min avro köçürülüb.

Bu barədə apa-ya NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi olan Macarıstan səfirliyindən məlumat verilib.

Bildirilir ki, yardım bu il aprelin 20-də NATO-nun Dəstək Agentliyi hesabına həyata keçirilib. “NATO qərargahında keçirilən Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Ceyrançöl lahiyəsində Türkiyə üçüncü mərhələdə aparıcı ölkə kimi və Azərbaycan isə faydalanan ölkə olaraq Macarıstan hökumətinə öz minnətdarlığını bildirib ”- deyə səfirlikdən qeyd olunub.

 

Şərhlər

Çox oxunanlar