Qht sədri Radə Abbas Almaniya səfəri barədə açıqlama verdi

28.04.2017 13:07     Sosreaksiya     1412

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi ilə bağlı Almaniyada işgüzar səfərdə olan "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbasın səfər haqqında təəsüratlarını öyrənməyə çalışdıq.

Radə xanım, ilk öncə vətənə xoş gəldiniz. Almaniya səfəriniz necə keçdi və bildiyimiz qədəri ilə tədbirlərin keçirilməsində ermənilər müəyyən problemlər yaradıblar.Bu barədə fikrlərinizi bilmək istərdik.

Ümumi olaraq Arzu bəy Almaniya səfərimdən narazı deyiləm. Biz Azərbaycan Almaniya mədəniyyət Mərkəzi və Atatürk düşüncə mərkəzinin birlikdə təşkil etdiyi bir tədbir keçirdik. Tədbirdə Almaniyada yaşayan soydaşlarımız,Azərbaycan və Türkiyənin fəal insanları,tələbələr iştirak etdilər. Tədbir ümumilikdə pis keçmədi.Lakin,biz tədbirin keçirilməsi üçün Blifeld Universitetini nəzərdə tutmuşduq.. Bir ay əvvəldən Blifeld Universiteti ilə danışıqlar aparılmışdı. Layihə haqqında məlumat verilmişdi. Universitet rəhbərliyi də tədbirin keçirilməsi ilə razılaşmışdılar. Aprelin 22- si axşam tərəfi saat 4-də artıq mən Almanyada, Blifelddə idim. Lakin bizə elan etdilər ki, onlar tədbirin keçirilməsinə icazə vere bilməzlər. Səbəbini öyrənmək istədikdə ayın 24-ü "Erməni soyqırımı" günüdür, qarışıqlıq ola bilər dedilər. Biz də düşündük ki, müəyyən mənada haqlıdırlar, həmin günü olmasın. Ayın 24-ü səhər saat 10-dan Almaniyada təhsil alan Türkiyəli tələbələrdən “Azərbaycan Almaniya Mədəniyyət Mərkəzi”nin rəhbəri Təranə xanıma zənglər gəlməyə başladı ki, buradakı ermənilər "Erməni soyqırımı"nın tanıdılması ilə bağlı Blifeld Universitetində böyük bir tədbir təşkil ediblər. Hətta, İrəvanda qoyulmuş "Erməni soyqırımı" abidəsinin maketi düzəldilib, universitetin 2000 nəfərlik akt zalında qoyulub və o akt zalı afişalarla bəzədilib.Universitetdə təhsil alan tələbələr afişaların şəkillərini çəkərək bizə göndərdilər. Mən onları tərcümələri ilə bərabər sizə də təqdim edəcəm. Bu şəkillər  afişaları və onların tərcümə olunmuş formasıdır. Ən sondakı isə keçirdikləri tədbirin proqramıdır. Görürsünüz orada HDP-nin, PKK-nın simvolu, bayrağı oradadı və nəticədə ortadadır.Beləliklə ermənilər özlərinin “Erməni soyqırımı” tədbirlərini keçirməklə, bizim tədbirin keçirilməsinə mane oldular.

 Konkret olaraq ayın 24-ündə "erməni soyqırımı" ilə bağlı keçiriləcək olan tədbiri hansı təşkilat təşkil etmişdi? Bununla bağlı məlumat əldə edə bildinizmi?

-Tədbiri Almaniyada fəaliyyət göstərən “ASTA” adlı təşkilat təşkil etmişdi. “ASTA” terror təşkilatı olan “ASALA"nın bir qolu sayılır.

 Almaniya Universitetlərində çox sayda azərbaycanlı və turkiyəli tələbələr təhsil alır. Onların fəaliyyəti sizi qane edirmi?

Avropada təhsil alan tələbələrimiz demək olar ki, Azərbaycanla bağlı heç bir işə qarışmırlar. Onların əksəriyyəti məmur övladlarıdır. Bunu zəng edib Təranə xanımdan da, digər diaspora nümayəndələrindən də soruşa bilərsiniz. Mən Azərbaycan Respublikasının Təhsil Nazirliyindən çox narazıyam. Xaricə oxumağa gedən tələbələrlə iş aparılmır. Hansı ki, onlar dövlətin pulu ilə oxuyurlar Avropada. Yenə deyirəm əksəriyyəti də məmur övladlarıdır. 

Almaniyada diaspor fəaliyyəti ilə məşğul olan bir çox insanlarımız və təşkilatlar var. Həmçinin sizi dəvət edən Təranə xanım da bu təşkilatlardan birinin rəhbəridir. Bunların fəaliyyətləri ilə bağlı nə deyə bilərsiniz?

Arzu bəy, bilirsiniz, “Almaniya Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Təranə xanım Türkiyənin “Atatürkçü Düşüncə Mərkəzi” ilə eyni ofisdə oturub, bir fəaliyyət göstərirlər. Bir problem çıxdıqda hər iki mərkəz o problemin üzərinə gedə bilirlər. Ona görə mən, hər iki təşkilatın fəaliyyətini bəyənirəm. Amma diaspora onlara hər hansı bir maliyəni vermir. Maliyə alan təşkilatlar hansılardır, nə işnən məşğuldur bilmirəm. Bu təşkilat, Almaniyada mənim tanıdığım, ailəcə bu yöndə fəaliyyət göstərən ən yaxşı təşkilatdır. Tahirə xanımın həyat yoldaşı Faiq bəy tarixçidir. Onlar da almanlar kimi səhər saat 7-dən axşam saat 6-ya qədər işdə olurlar. Yəni bu qədər ciddi iş rejimində işləməklərinə baxmyaraq, təşkilatıda idarə edə bilirlər, üstəlik yüzlərlə insana yardım edirlər. Bu cür işin öhtəsindən layiqincə gəldiklərinə, mənə göstərdikləri diqqətə görə onlara dərin minnətdarlığımı bildirirəm.

Arzu Qocayev

Reaksiya.az

Şərhlər

Çox oxunanlar