Bakıda mağaza yanıb.

28.04.2017 14:53     Sosreaksiya     1496

Bakıda mağaza yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan hazırda fəaliyyət göstərməyən mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış məişət tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanmış “Fiat” markalı minik avtomobilinin sol tərəfi qismən qarsalanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar