PKK Muşda 2 körpünü partlatdı

28.07.2015 13:14     Sosreaksiya     1242

Türkiyənin Muş-Kulp avtomobil yolu üzərindəki iki körpü PKK üzvləri tərəfindən partladılıb.

Reaksiya.az xəbər verir ki, hadisə Şenyayla ərazisində meydana gəlib.

PKK üzvləri şəhərlərarası nəqliyyatı təmin edən iki körpünu partlayıcılarla partladıb. Jandarm üzvləri Qızılağac mahalında olan sürücüləri xəbərdar edərək onların geri qayıtmalarını təmin edib.

Partlayışdan sonra PKK üzvləri zonadan uzaqlaşıb, jandarm dəstələri ətrafda əməliyyata başlayıb.

 

Şərhlər