Bakı Limanı İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi
29.04.2017 12:19 Sosreaksiya 1247
Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.
Ləğv edilən Nəqliyyat Nazirliyinin nəzdindəki təsərrüfathesablı tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Şərhlər