Azərbaycanda yeni daşqın: ciddi ziyanlar var

29.04.2017 12:44     Sosreaksiya     1326

Dünən Zəncana yağan yağışlar vilayətin bir çox ərazilərində daşqın və selə səbəb olub

Axar.az xəbər verir ki, bu barədə məlumatı Zəncan vilayətinin Böhran İdarəetmə Mərkəzi yayıb.

Dünənki sel və daşqınlar Zəncan vilayətinin Xudabəndə şəhərinin Göycə yaylağı və Kəsik kəndlərində kənd təsərrüfatına və əhaliyə ciddi ziyanlar vurub.

Zəncan vilayətinin valisi Dərviş Əmirinin göstərişi ilə böhran komitəsi yaranıb və seldən əziyyət çəkənlərə hərtərəfli yardım edilməsi üçün bütün səlahiyyətli orqanlar hazır vəziyyətə gətirilib. Hazırda Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və səlahiyyətli qurumlar bölgədə əhaliyə yardım edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar